Quriya və Acarıstandakı təbii fəlakətlə bağlı 112-yə 100-dən çox bildiriş daxil olub
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fəlakətlə bağlı Daxili İşlər Nazirliyinin 112 Dövlət İdarəetmə Mərkəzinə, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinə Quriya və Acarıstan vilayətlərindən 100-dən çox məlumat daxil olub.

Agentliyin məlumatına görə, leysan yağışları nəticəsində yaşayış evlərini, tarlaları su basıb, ağaclar qırılıb, torpaq kütlələri dağılıb, Quriya bölgəsinin bir neçə kəndinin xarici aləmlə əlaqəsi kəsilib.

“DİN-in müvafiq qurumlarının nümayəndələri təbii fəlakət baş vermiş ərazilərə səfərbər olunub və öz səlahiyyətləri daxilində zəruri tədbirlər həyata keçirirlər.
Hazırda Quriyanın müxtəlif kəndlərində 2-si azyaşlı olmaqla 3 nəfərin axtarışı davam etdirilir.

Yanğınsöndürmə briqadaları tam səfərbər olunub, müvafiq işlər aparılır və bütün məlumatlara mərhələli şəkildə reaksiya verilir”,
- məlumatda deyilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google