ABŞ səfirliyi: Gürcüstanda hərbi baza yaradılması təklif edilməyib
ABŞ səfirliyi Gürcüstanda Amerika hərbi bazasının yaradılması xəbərlərinə münasibət bildirib.

Səfirliyin bəyanatında Gürcüstana belə bir təklifin verilmədiyini qeyd olunub.

“ABŞ Gürcüstanda ABŞ hərbi bazasının yaradılmasını təklif etməyib”,
- bəyanatda vurğulanıb.

Bəyanata görə ki, Gürcüstanla ABŞ arasında müdafiə sahəsində əlaqələr qarşılıqlı əməliyyat qabiliyyətinin artırılması və Gürcüstanın öz suveren ərazilərini qorumaq qabiliyyətinin dəstəklənməsinə əsaslanır.

Qeyd edək ki, ötən gün Gürcüstanın “Mtavari Arxi” telekanalı 2021-ci ildə ABŞ müdafiə naziri Lloyd Ostinin səfəri zamanı Gürcüstanda Amerika hərbi bazasının yaradılmasınını təklif etdiyini, lakin “Gürcü Arzusu” hökumətinin bu təklifi rədd etdiyi baarədə məlumat yayıb.

Mənbə: apa.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google