Gürcüstan vətəndaşları Peruya vizasız gedə biləcəklər
Bundan sonra Gürcüstan vətəndaşları Peruya vizasız gedə biləcəklər. Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan və Peru arasında müvafiq saziş sentyabrın 18-də imzalanıb. Peru vətəndaşları da Gürcüstana vizasız gələ biləcəklər.

“2023-cü il sentyabrın 18-də Gürcüstan və Peru Respublikası arasında vizasız gediş-gəliş haqqında saziş imzalanıb, onu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən görüşdə xarici işlər naziri İlia Darçiaşvili və Perunun Xarici İşlər Nazirliyinin rəhbəri Anna Sesiliya Gervasi imzalayıblar”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən verilən məlumata görə, Darçiaşvili və Gervas "yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin və siyasi, ticarət-iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini" vurğulayıblar".


Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google