Ukraynada daha bir gürcü döyüşçü Zakaria Şubitidze həlak olub.
Ukraynada döyüşən gürcülərin yaydığı məlumatı “Netgazet”ə Gürcüstan
Xarici İşlər Nazirliyindən də təsdiqləyiblər.
Ukraynadakı gürcü diaspor təşkilatının məlumatına görə, Şubitidze
Donetsk vilayətinin Neskuçne yaxınlığındakı döyüşdə həlak olub.
Zakaria Şubitidzenin 30 yaşı var idi. O, “Gürcüstan legionu”nun
4-cü xüsusi təyinatlı dəstəsinə komandirlik edib.
2022-ci il fevralın 24-dən Rusiyanın genişmiqyaslı işğalından sonra
Ukraynada 49 gürcü döyüşçüsü öldürülüb.