Rustavidə 23-cü dövlət məktəbindən 49 noutbuk oğurlanıb,
- “İnfo Rustavi”nin məlumatına görə, 20 yaşlarında olan iki nəfər
23-cü dövlət məktəbindən dərslərin başlanmasına 2 gün qalmış
birinci sinif şagirdləri üçün nəzərdə tutulan kompyuterləri
oğurlayıb.
Nəşr yazıb ki, oğlanlar gecə saatlarında pəncərədən gizlincə
məktəbə giriblər. Araşdırmalar nəticəsində hüquq-mühafizə
orqanlarının əməkdaşları Rustavidə gəncləri saxlayıblar.
Noutbuklar oğurlanmış əşya kimi polis tərəfindən ələ keçirilib,
hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: mtavari.tv