2023-cü ilin yanvar-avqust aylarında Gürcüstandan ixrac edilən
malların həcmi (bəyan olunmamış ixrac olmadan) 4,079 mlrd.
ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 14,4 faiz çoxdur. Bu barədə məlumatı Milli Statistika
Xidməti yayıb.
Onların hesabatlarına görə, yerli ixrac (təkrar ixracsız ixrac)
ümumi ixracın 47,3 faizini təşkil edir. Qeyd olunan göstərici
ötən
ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz azalaraq 1,930 mlrd.
ABŞ dollarına bərabər olub.
“2023-cü ilin yanvar-avqust aylarında Gürcüstanın ümumi yerli
ixracında on ən böyük ölkənin payı 75,9 faiz təşkil edib. Bu
baxımdan ən böyük ixrac tərəfdaşları bunlardır: Rusiya (365,1
milyon ABŞ dolları), Türkiyə (262,5 milyon ABŞ dolları) və Çin
(223,9 milyon ABŞ dolları).
2023-cü ilin yanvar-avqust aylarında mis filizləri və
konsentratları ümumi yerli ixracın 21,1 faizini təşkil edib. İkinci
yerdə üzüm şərablarıdır ümumi yerli ixracın 8,7 faizi, üçüncü yeri
isə ümumi daxili ixracın 6,0 faizi ilə ferroərintilər
tutur”, - deyə məlumatda bildirilir.