Rati Breqadze: Həbsxanada görüşlər pulsuz olacaq
Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, penitensiar qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər qüvvəyə mindikdən sonra həbsxanalarda məhkumlarla görüşlər pulsuz olacaq.

Hələlik uzunmüddətli görüşün qiyməti 30-120 lari arasındadır.

Rati Breqadze nazir saatı formatında çıxışı zamanı bildirib ki, “Penitensiar Məcəllə Xüsusi Penitensiar Xidmət əməkdaşlarının iş şəraitini və penitensiar müəssisələrdəki şəxslərin hüquqi statusunu yaxşılaşdıracaq”.

O cümlədən:

• Təqsirləndirilən şəxsə uzunmüddətli görüş hüququ veriləcək;
• Bütün görüş növləri tamamilə pulsuz olacaq;
• Təqsirləndirilən və məhkum edilmiş şəxslərin yaşayış şəraiti bərabərləşdiriləcək;
• İşçilərə vəzifə və rütbə maaşından əlavə xidmət illərinə görə əlavələr veriləcək.
Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google