Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin üçüncü
rübündə Gürcüstan ərazisindən xaricə
819,9 min nəfər gürcü rezident səyahətçi gedib ki, bu da əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.
Onlardan 397,6 min nəfəri turist səfərləri olub ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 38,2% çoxdur.
Ən çox ziyarət (33,4%) alış-veriş məqsədi
ilə edilib.
Səfərlərin əksəriyyəti (41,5%) Türkiyədə olub. Sonra Ermənistan
(16%), Rusiya (14,4%), Aİ-yə üzv ölkələr (14%) gəlir.
Səyahətlərin böyük hissəsi - 45,4%-i 31-50 yaşlı səyahətçilər
tərəfindən həyata keçirilib.
Qeyd olunan saydan Gürcüstan rezidentlərinin xaricə səfərlərinin
sayı 647,2 min nəfər təşkil edib ki, bu da 2022-ci ilin eyni
dövrünün göstəricisindən 21,7% çoxdur.
Səfərlər zamanı çəkilmiş xərclər 592,4 milyon lariyə bərabər olub
ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% çoxdur. Bir
ziyarət üçün orta qiymət 2022-ci ilin üçüncü rübü ilə müqayisədə
12% azalaraq 915,3 lari təşkil edib.