Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən,
bir neçə ağaya xidmət edən,
özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin
sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu
Ermənistandır.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə
görüşündə çıxışında deyib.
“Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə
demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə
əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya
üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və
daxili siyasət aparırlar”, - deyə Azərbaycan
Prezidenti qeyd edib.
Mənbə: trend.az