İrakli Qaribaşvili - Azərbaycanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi üzərində aktiv olaraq işləyirik, onun tikintisi 2024-cü ildə başa çatacaq

Gürcüstan Şərq-Qərb əlaqələndiriciliyində mühüm rol oynayır

– Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıda keçirilən SPECA iqtisadi forumunda deyib.

İrakli Qaribaşvili Gürcüstan hökumətinin irimiqyaslı layihələrə əhəmiyyətli investisiyalar qoyduğunu bildirib.

“Əlaqələndiriciliyin təşviqi bizim üçün strateji əhəmiyyət kəsb edir. Ölkəmiz çox maraqlı strateji coğrafi mövqeyə və eyni zamanda cəlbedici biznes mühitinə malikdir. Gürcüstan artıq Şərq-Qərb əlaqələndiriciliyində mühüm rol oynayır və onun ümumi müsbət iqtisadi, biznes və institusional perspektivi bütün regionda sabitliyin, rifahın təmin edilməsi məqsədimizə uyğundur. Regional ticarəti inkişaf etdirmək üçün mənim hökumətim irimiqyaslı layihələrə əhəmiyyətli investisiyalar qoyur. Son illərdə ölkənin avtomobil yollarının, dəmir yollarının və hava limanlarının yenilənməsinə, eləcə də yeni nəqliyyat infrastrukturu layihələrinin inkişafına sərmayələr qoyulub. Biz indi yeni layihə üzərində işləyirik, bu, Anakliada yeni limanın tikintisidir və o, son mərhələdədir. Anaklia dərinsu limanının gücü ildə 100 milyon ton olacaq. Təşəbbüsünü irəli sürdüyümüz və ötən ilin dekabrında Buxarestdə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya liderləri olaraq imzaladığımız Qara dəniz sualtı elektrik kabeli layihəsi üzərində də birgə işləyirik. Düşünürük ki, bu layihə təkcə bizim region üçün deyil, həm də Avropa üçün də çox maraqlı olacaq” – deyə İrakli Qaribaşvili bildirib.

O, son beş ildə Gürcüstan Dəmir Yollarının yük dövriyyəsinin 48 faiz artdığını bildirib.

“2024-cü ilin sonunda dəmir yolunun modernləşdirilməsi layihəsi başa çatdıqdan sonra dəmir yollarımızın ötürücülük qabiliyyəti iki dəfə artaraq ildə 48 milyon tona çatacaq. Biz həmçinin Azərbaycanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi üzərində aktiv olaraq işləyirik, onun tikintisi 2024-cü ildə başa çatacaq. Hökumət həmçinin Şərq-Qərb avtomobil yolu layihəsinə ciddi, əhəmiyyətli kapital sərmayəsi qoyur. Biz həmçinin regional aviasiya tranzit mərkəzi olmaq potensialına malik olacaq yeni hava limanının inkişafı üzərində işləyirik” – deyə baş nazir qeyd edib.

 

Mənbə: Birinci Kanal

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google