Levan Mamaladze: Azərbaycan və Gürcüstan olmadan Mərkəzi Asiya ölkələrinin layihələri tamamlanmır
Hər kəs başa düşməlidir ki, Azərbaycan və Gürcüstan olmadan Mərkəzi Asiya ölkələrinin layihələri tamamlanmır. Mərkəzi Asiya ölkələri Azərbaycan və Gürcüstan vasitəsilə Şərqlə Qərbi müstəqil şəkildə birləşdirə bilər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze söyləyib.

SPECA-nın Bakıda keçirilən Zirvə görüşünü şərh edən politoloq deyib: “Uğurlu iqtisadi əlaqələrlə Mərkəzi Asiya ölkələri Azərbaycan və Gürcüstanla birlikdə öz iqtisadi müstəqillikləri ilə yanaşı, təhlükəsizliklərini də təmin etmiş olacaqlar”.

Çindən Avropaya çox böyük həcmdə yüklərin Mərkəzi Asiya və Cənubi Qafqazdan keçərək Avropaya daşındığını vurğulayan Levan Mamaladze bildirib: “Bu səbəbdən Gürcüstanda da yeni limanlar tikilir. Ona görə də Mərkəzi Asiya ölkələri maraqlıdır ki, bu bağlar daha da möhkəm olsun. Düzdür, Rusiya logistika məsələsində çox böyük rol oynayır. Amma yaranmış yeni geosiyasi vəziyyətdə Orta Dəhlizin önəmi daha da artır”.

Mənbə: azertag.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google