Marneuli meriyası 57 500 lariyə yeni maşın almağı planlaşdırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi yeni maşın almağı planlaşdırır. Marneuli meriyası 24 noyabr tarixində bir ədəd III klass minik avtomobilinin alınması üçün tender elan edib.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze “Marneuli” radiosuna bildirdi ki, yeni maşın meriyanın Nəzarət Xidməti üçün alınacaq.

“İnfrastruktur Xidmətinin əmlakında olan maşınln istismar müddəti keçib və yenisi ilə əvəz olunmalıdır. Yeni maşın dağlıq kəndlərə də problemsiz hərəkət etməlidir ki, iş, funksiyalar yerinə yetirilsin”,
– Davit Çikadze bildirib.

Marneuli meriyası yeni, yüksək davamlı maşını 57 500 lariyə almağı planlaşdırır.

Tenderdə iştirak etmək istəyən şirkətlər 2 dekabrdan 15 dekabra qədər öz təkliflərini göndərə bilərlər. Tender sənədlərinə görə, tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan sonra 30 gün ərzində maşını meriyaya təhvil verməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google