Kabu üç maddə ilə ittiham olunub, onu 6 ilə qədər həbs gözləyir
Baş Prokurorluq aktyor və müğənni Kaxa Abuaşviliyə (Kabu) üç maddə üzrə ittiham irəli sürüb - ittiham tərəfi onu qadına qarşı zorakılıq, hədə-qorxu və narkotik vasitə saxlamaqda ittiham edib.

“Noyabrın 25-də Tbilisidə avtomobillə gedərkən K.A onunla birlikdə maşında olan qadının - T.A.-nin ayağının nahiyəsinə bıçaqla xəsarət yetirib, həmçinin onun əlinə də bir neçə zərbə endirib. Nəticədə T.A. fiziki ağrılar keçirib və bədən xəsarəti alıb. Bundan əlavə, təqsirləndirilən şəxs bıçağı göstərib,

zərərçəkmişi sağlamlığına zərər vurmaqla və şikəst etməklə hədələyib və açıq bıçağı iki dəfə ona tərəf yelləyib.

Zərərçəkmiş Kaxeti şosesi ilə gedərkən DİN-in patrul polis idarəsinin binasının yaxınlığında dayanmış polis avtomobilini görüb, təqsirləndirilən şəxsin avtomobilində olan T.A. qapını açıb və polisi köməyə çağırıb. Polis əməkdaşları təqsirləndirilən şəxsi təqib edərək avtomobili saxlayıb və zərərçəkmişin ifadəsi əsasında K.A-nı yerindəcə saxlayıblar”,
- deyə məlumatda bildirilir.

Prokurorluğun qeyd etdiyinə görə, istintaq təqsirləndirilən şəxslərin 2 ədəd möhürlənmiş polietilen torbaya yerləşdirilmiş narkotik vasitələri qanunsuz olaraq alıb saxladığını da müəyyən edib.

Qurumun bəyanatında qeyd edildiyinə görə, ona qarşı 260-cı maddənin birinci hissəsi ilə altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan narkotik vasitələrin saxlanması ilə bağlı ittiham irəli sürülüb.


Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google