Saqareco bələdiyyəsinin Tüllər kəndində hadisə şahidlərinin
sözlərinə görə, kişi əvvəlcə keçmiş arvadını yaralayıb,
sonra isə qadının indiki ərini odlu silahla güllələyib. Kişi
yerindəcə dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən “Azadlıq” radiosuna
yaralama və adam öldürmə faktını təsdiqləyiblər. Onların sözlərinə
görə, cinayət məcəlləsinin 19-109-cu maddəsi ilə iki və ya daha çox
şəxsi ağırlaşdırıcı şəraitdə adam öldürməyə
cəhdlə bağlı istintaq
başlayıb.
Cinayət 16 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Yaralı qadın Saqarecodakı "Geohospitals" klinikasına yerləşdirilib,
təcili əməliyyat olunur. Həkimlərin verdiyi məlumata görə, onun
səhhəti ağırdır.
Münaqişənin nədən qaynaqlandığı hələlik məlum deyil. Hüquq-mühafizə
orqanları hazırda Tüllər kəndində işləyir. Ərazi polis lenti ilə
mühasirəyə alınıb.
Polis hələ heç kimi saxlamayıb.