İranda 17 yaşlı Həmidreza Azarinin məcburi etiraf etdikdən sonra
edam edildiyi bildirilib.
Səbzevari həbsxanasında dava zamanı adam öldürməkdə təqsirli
bilinən 17 yaşlı gənc asılaraq öldürülüb.
İnsan haqları qrupunun bildirdiyinə görə, Həmidreza Azar zorla
etirafı televiziyada yayımlanmazdan əvvəl o, özünün 18 yaşında
olması barədə də yalan danışıb. İran KİV-i İran İnternational-a
istinadən xəbər verib ki, o,
ailənin tək övladı olub və yaşına
baxmayaraq, illərlə dəmir tullantıları yığmaqla məşğul olub. Həm
İran, həm də kürd QHT-ləri onun həbs edildiyi zaman 16, asılarkən
isə 17 yaşında olduğunu iddia edirlər.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Bürosu Həmidrza
Azarinin öldürülməsini şiddətlə pisləyib və İran hakimiyyətini edam
cəzasına moratorium qoymağa çağırıb.