Qaribaşvili: “Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələrindən istehsal olunur”
Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələri hesabına istehsal olunur.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin təsirləri həm insanlar, həm də ətraf mühit üçün zərərlidir: “Bu dəyişikliklər, Paris sazişinə əsasən, 2030-cu ilə qədər qlobal emissiyaların iki dəfə azaldılması da daxil olmaqla, beynəlxalq səylərin gücləndirilməsini tələb edən iqlim davamlılığında gözlənilən irəliləyişi tələb edir”.

İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan hakimiyyəti iqlim dəyişikliyinin aradan qaldırılmasında öz rolunu ciddi qəbul edir və bunun üçün 2023-cü ildə 500 milyon ABŞ dolları ayırıb.

O qeyd edib ki, Gürcüstan Avropanın emissiyasız əraziyə çevrilməsi ideyasını dəstəkləyir.
Mənbə: report.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google