Marneuli-Sadaxlı yolunda yol-nəqliyyat hadisəsi baş verib
Bu gün, 11 dekabr tarixində, səhər saatlarında Marneuli-Sadaxlı yolunun 13-cü kilometrliyində, Maradisi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı "Ford Transit" və "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitələri toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıblar.

Hadisə yerinə patrul polisinin, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google