Bizim sanksiyalarla bağlı siyasətimiz hamıya məlumdur. Biz Rusiyaya
qarşı sanksiyalara qoşulmuruq.
Bu qərar bizə o faktı gətirdi ki, Gürcüstan özünü müharibə
təhlükəsi ilə üz-üzə qoymayıb və namizəd statusu alıb, -
parlamentin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.
Papuaşvilinin qeyd etdiyinə görə, bu siyahı təkcə Rusiyaya aid
deyil və orada bir neçə ölkənin də adı var.
“Bu sanksiya siyahısı təkcə Rusiyaya aid deyil, bilirsiniz, Şimali
Koreya və Dnestryanı ilə bağlı məsələlərə qoşulmuş Gürcüstan da
daxil olmaqla bir neçə ölkəyə də aiddir. Rusiyaya qarşı
sanksiyalara gəlincə, Gürcüstanın bəyan edilmiş siyasəti var və biz
də bu siyasətə əməl edəcəyik. Bu siyasət bizə o faktı gətirdi ki,
Gürcüstanda kifayət qədər sabit vəziyyət var və bu, bizim iqtisadi
inkişafımızı təmin edir. Bu siyasət bizə namizəd statusu gətirdi.
Qərarlar və təfərrüatlarla bağlı Xarici İşlər Nazirliyi sizə cavab
verəcək. Yenə deyirəm, bizim sanksiyalarla bağlı siyasətimiz hamıya
məlumdur. Biz Rusiyaya qarşı sanksiyalara qoşulmuruq. Bu qərar bizə
bir faktı gətirdi ki, Gürcüstan müharibə, iqtisadi çöküş riski ilə
üzləşmədi və namizəd statusu aldı”, - deyə Şalva
Papuaşvili bildirib.
Xatırladırıq ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik üzrə Ali
Nümayəndəsi Cozef Borrel Avropa Şurasının “Maqnitski siyahısı”nın
2026-cı il dekabrın 8-dək uzadılmasını dəstəklədiyini açıqlayıb.
Onun sözlərinə görə, Şuranın bu qərarına Aİ üzvlüyünə namizəd
ölkələr: Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova
Respublikası və Bosniya və Herseqovina qoşulub. Qeyd edək ki,
siyahıda Gürcüstan yoxdur.