Marneuli bələdiyyəsinin Tsereteli və Xocorni kənd inzibati vahidlik
binalarının bərpası nəzərdə tutulur.
Marneuli yerli özünüidarəsi iki kənddə inzibati binaların bərpası
üçün 26 yanvar tarixində tender elan edib.
Binaların bərpası layihələrinə görə, inzibati vahidlik binalarının
hər iki mərtəbəsinin bərpası planlaşdırılır.
“Şuranın inzibatı binasının bərpası layihəsi
çərçivəsində planlaşdırılır: fasadların yenilənməsi, suvaq-boyaq,
sıradan çıxmış mövcud məhəccərlərin sökülməsi və yenisinin
quraşdırılması, birinci mərtəbədə eyvanın, foyenin sökülməsi,
keramika qranit plitələrin döşənməsi, zalda divarların suvanması,
rənglənməsi, amstronq tipli asma tavanın quraşdırılması.
İkinci mərtəbədə taxta pəncərələrin sökülməsi, metal-plastik
pəncərələrlə əvəz edilməsi, ikinci mərtəbədə foyedə və eyvanda
kafel-metlaxların sökülməsi və keramik qranit plitələrin döşənməsi,
zalda amstrong tipli tavanın quraşdırılması, kabinetdəki laminatın
sökülməsi, yüksək keyfiyyətli laminatın döşənməsi, şkaf və foyedə
divarların işlənməsi, suvanması, boyanması nəzərdə
tutulub”.
Qeyd olunan işlər hər iki inzibati binalarda həyata keçiriləcək.
Xocorni inzibati binasında isə əlavə olaraq dam örtüyü, joloblar
yenilənəcək.
Marneuli meriyası Tsereteli və Xocorni inzibati vahidliyi
binalarının bərpası işləri üçün 514 915 lari xərcləyəcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər 14 fevraldan 19 fevrala
qədər öz təkliflərini təqdim edə bilərlər.