Gürcüstan universitetlərində müəyyən peşələr üçün onlayn təhsil
mövcud ola bilər.
Bu barədə Gürcüstan hökumətinin parlamentin 2024-cü il yaz
sessiyası üçün qanun yaradıcılığı fəaliyyətinin qısamüddətli
planında qeyd olunub.
Hökumətin planında qeyd olunduğu kimi, Gürcüstanın “Ali təhsil
haqqında” qanununa dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qanunvericiliyə dəyişikliklərlə, o cümlədən:
- • Distant peşə proqramlarının həyata keçirilməsi
imkanları müəyyən edilir;
- • Elektron təhsil konsepsiyasına düzəlişlər ediləcək və
yeni qaydalarla formalaşacaq;
- • Bakalavr, magistratura və doktorantura proqramlarında
elektron təhsilə qismən icazə veriləcək;
- • Proqram yenidən akkreditasiya olunarsa,
magistraturada tam elektron şəkildə təhsil almaq mümkün
olacaq;
Elektron təhsil komponentindən qismən və ya tam istifadənin mümkün
olacağı təhsil sahələrinin siyahısını təhsil, elm və gənclər naziri
müəyyən edəcək.