Daxili İşlər Nazirliyinin məlumatına görə, Zuqdidinin Kortsxeli
kəndində ər arvadını küt əşya ilə qətlə yetirib. Hüquq-mühafizə
orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə
saxlayıblar.
“Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis
İdarəsinin və Zuqdidi rayon şöbəsinin əməkdaşları birgə həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1973-cü il
təvəllüdlü Q.Ş.-nı ailə üzvünə qarşı qəsdən ağırlaşdırıcı şəraitdə
adam öldürmə ittihamı ilə saxlayıblar.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Zuqdidi
bələdiyyəsində 1966-cı il təvəllüdlü P.K.-ya küt alətlə xəsarət
yetirib. Xəsarət alan qadın tibb müəssisəsinə yerləşdirilsə də, onu
xilas etmək mümkün olmayıb”, - deyə məlumatda
bildirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ailə üzvünə qarşı
ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə istintaq
Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsi ilə
aparılır.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.