“İranda kimin ölüsünü ağlayırdınız?” – Parlamentin müxalifətdən olan deputatı “Gürcü Arzusuna” müraciət edib
Parlamentin müxalifətdən olan deputatı Eka Serekeulidze “Gürcü arzusuna” müraciət edib. O, müraciətində bildirib ki, İranda kimin ölüsünü ağlayırlarmış.

“Əgər kimsə tarixin səhifələrinə parlaq gələcək yazmayıbsa, bunu edənlər sizsiniz – siz, bu zalda oturan, vətənə xəyanət salnaməsini elan edən insanlarsınız. İndi sizin düşdüyünüz çətinliyi yalnız düşmənimə arzulayıram – başınız üzərində bu qədər bəla və belə bir bulud hərlənir.”

Deputat qeyd edib ki, onlar Gürcüstanın bütün dostlarını əlindən alıblar.

“Siz İrana getdiniz və Hizbullah və HƏMAS ilə dostluq dairəsində dayandınız. Siyasi arenada tam iflasa uğrayan sizlər, bir mənə başa salın İranda kimin ölüsünü ağlayırdınız?. Siz Gürcüstanın bütün dostlarını əlindən aldınız, bütün perspektivləri öldürdünüz və ölkəni Rusiya ilə üzbəüz qoydunuz”.

“Bu gün hökmünüzlə özünüzə siyasi nekroloq yazırsınız. Əminəm ki, hamınız ona səs verəcəksiniz, heç birinizin azad edilmiş qul və Spartak olacağına dair heç bir illüziyam yoxdur. Ancaq bilin ki, mayın 28-i sizin siyasi olaraq son gününüz olacaq”,
- deyə o bildirib.

Bu gün Parlament prezidentin rus qanunlarına qoyduğu vetonu müzakirə edir.

წყარო: პუბლიკა

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google