Marneuli Bələdiyyə Məclisinin 28 may tarixində baş tutan iclasında
məlum olub ki, 2024-cü ilin 13 mart tarixindən bələdiyyədə
dəyişikliklər aparılır.
Dəyişikliklər prosesi bələdiyyədəki xidmətlərdən də yan ötməyib.
Onlar arasında Marneuli bələdiyyəsinin “Səhiyyə, Sosial Təminat,
Mədəniyyət, İdman, Uşaq Hüquqlarının müdafiəsi və Dəstəkgöstərmə
Xidməti, Marneuli meriyasının Daxili Audit, İnfrastruktur və
İqtisadiyyatın İnkişafı, İnzibati Xidmət də yer alıb.
Dəyişiklərlə bağlı
məsələni Bələdiyyə Məclisi iclasında meriyanın
İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze müzakirəyə çıxarıb və
bildirirb ki, dəyişikliklər çərçivəsində Daxili Auditə iki şöbə
əlavə olunur, Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq
Hüquqlarının müdafiəsi və Dəstəkgöstərmə Xidmətində isə Uşaq
Hüquqlarına Dəstək istiqaməti ayrı olacaq.
“İnzibati Xidmətdə İnformasiya və Statistika Şöbəsi
ləğv olunur, müvafiq olaraq əlavə bir şöbə, bu şöbə indiyə kimi
İnsan Resurslarının İdarəedilməsi Şöbəsinə daxil idi, indi isə
ayrılır. Daxili Auditə dəyişikliklər çərçivəsində 2 şöbə əlavə
olunur, onlardan biri Audit Şöbəsi, digəri isə Monitorinq Şöbəsi
olacaq. Daxili Audit Şöbəsi meriya xidmətlərinə, eləcə də meriyanın
tərkibində olan MMC, Qeyri-Kommersiya təşkilatlarına planlı
auditoriya yoxlamalarını həyata keçirəcəkvə müvafiq tövsiyələr
verəcək. Monitorinq Şöbəsinin əsas funksiyası Audit Şöbəsi
tərəfindən verilmiş funksiyaların monitorinqi, tövsiyələr vermək və
xidmətlərə, qeyri-kommersiya, MMC-lərə kömək etmək olacaq ki, bu
tövsiyələri yerinə yetirsnlər. Dəyişiklik Marneuli meriyasının
Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq hüquqlarının
müdafiəsi istiqamətinin funksiyasının dah ayaxşı yerinə yetirilməsi
üçün qərar qəbul edilib. Qərara görə, funksiyanın yerinə
yetirilməsi üçün ayrıca şöbə, Uşaq Hüquqları və Dəstəgöstərmə
Şöbəsi yaradılmalıdır. Həmin şöbə “Uşaq Hüquqlarının Müdafiəsi
Məcəlləsi istiqamətində funksiyaları yerinə yetirəcək və qeyd
olunan funksiyalar daha effektiv həyata keçiriləcək”
– Mamuka Şubitidze bildirir və qeyd edib ki, Məlumat və Statistika
Şöbəsinin daxil olduğu inzibati xidmət aparılan dəyişikliklər
nəticəsində ləğv olunur. Statistikanın bir hissəsinin İqtisadi
Şöbənin bir hissəsi ilə birləşdirilməsinə qərar verilib.
İqtisadiyyat Şöbəsi İnfrastruktut və İqtisadi İnkişaf Xidmətinə
daxildir.
Deputatlar qeyd olunan dəyişiklikləri dəstəkləyiblər. Heç kim
aparılan dəyişikliklər haqqında sual verməyib və dəyişikliklər səs
çoxluğu ilə qəbul olunub.
Bələdiyyə Məclisinin 28 may tarixində baş tutan iclasının canlı
yayını:
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.