Qardabanili idmançı Bakıda keçirilən döyüş gecəsində qələbə qazanıb
6 iyun tarixində Bakıda “New Generation Fighting 4” Peşəkar MMA Kikboksinq gecəsi keçirilib. Döyüş gecəsində Qardabanili idmançı Kənan Bayramov da iştirak edib. Bu barədə “Marneuli” radiosuna “Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyev məlumat verdi. Onun sözlərinə görə, Bayramov rəqibini məğlub edərək qələbə qazanıb.

“Kənan Bayramov üç dəfə dünya çempionu olub və həmçinin yerli yarışlarda da qələbələr
qazanıb. Karyerasında 6-cı döyüşə çıxan Kənan Bayramov Bakıda keçirilən döyüş gecəsində gücünü sınadı. Onun rəqibi üç dəfə Azərbaycan çempionu olan Sabir Dadaşov oldu. O, üç raundluq döyüş keçirdi. Hakimlərin qərarı ilə Kənan Bayramov qalib elan edildi. Karyerasında 6 döyüşə çıxan idmançım hamısında da qalibiyyətlər əldə edib”.

Qeyd edək ki, Kənan Bayramov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə İsfahan Əliyevdir. İdmançı bir sıra xarici ölkədə yarışlarda iştirak edib və uğurlar qazanıb.

Onu da əlavə edək ki, Bakıda keçirilən “New Generation Fighting 4” Peşəkar MMA Kikboksinq gecəsi Zabit Səmədov İdman Klubu tərəfindən təşkil edilib. Tədbirdə çıxış edən Zabit Səmədov qonaqları layihə haqqında məlumatlandırıb və döyüşçülərə uğurlar arzu edib.

20 idmançının qarşıdurmasında 10 döyüş keçirilib. Döyüşdən öncə idmançılar arasında "face-to-face" mərasimi olub. İştirakçılar öz çəkilərində rəqibləri ilə tanış olublar. Daha sonra döyüş gecəsində 9 döyüş MMA, 1 döyüş isə K1 qaydası üzrə keçirilib. Gecənin əsas döyüşü isə Azərbaycan idmançısı Məhəmmədəli Osmanov və Misirli Omar Aşhor arasında baş tutub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google