Türkiyədən diri toyuq idxalı 1,017 milyon dollar təşkil edib - harada satırıq və haradan alırıq?
Gürcüstanda diri toyuq idxalı 5,8% artıb. Ötən ilin yanvar-aprel aylarında 1,638 milyon dollar dəyərində 138 ton diri toyuq almışdıqsa, bu il alınan toyuqların dəyəri 1,733 milyon dollar (117 ton) təşkil edib.

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında diri toyuqun əsas idxalçısı Türkiyə olub. Adıçəkilən məhsulun idxalında onun payı 62 faiz təşkil edib. Eyni
dövrdə idxal edən ölkələr belə görünür:
  • • Türkiyə - 1.016.930 dollar (102 ton)
  • • Belçika - 392,900 dollar (12,29 ton)
  • • Macarıstan - 180 730 dollar (1,08 ton)
  • • Fransa - 142 360 dollar (0,87 ton)
İdxaldan fərqli olaraq yerli diri toyuq ixracı 11,7% azalıb. Ötən ilin yanvar-aprel aylarında 2 milyon 283 milyon dollar dəyərində 199 ton, cari ilin müvafiq dövründə isə 2 milyard 17 milyon dollar dəyərində 137 ton məhsul ixrac edilib.
Ölkələrə gəlincə, Gürcüstan üçün yerli ixrac bazarları aşağıdakı kimi bölüşdürülüb:
  • • Ermənistan - 1 134 290 dollar (66,9 ton)
  • • Azərbaycan - 882 620 dollar (70,48 ton)
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google