Marneuli şəhərinin Xudu Borçalı və İkinci Erekle küçələrində yaşayan sakinlər içməli su problemindən şikayətlənirlər (VİDEO)
Marneuli şəhərinin Xudu Borçalı və İkinci Erekle küçələrində yaşayan sakinlər içməli su problemindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, içməli suyun olmaması onlara problem yaradır, çünki gündəlik ehtiyaclarını qarşılamaq üçün içməli su almalı olurlar.


Sakinlər onu da bildirdilər ki, onlar dəfələrlə “Gürcüstan Birləşmiş Su Təchizatı” şirkətinin Kvemo Kartli regional filialının nümayəndəsi Rövşən Babakişiyevlə əlaqə saxlamağa çalışıblar. Amma Babakişiyev onların zənglərinə cavab verməyib.
Məsələyə aydınlıq gətirmək üçün “Gürcüstan Birləşmiş Su Təchizatı” şirkətinin Kvemo Kartli regional filialının nümayəndəsi Rövşən Babakişiyevlə əlaqə saxladıq. O, bizimlə söhbəti zamanı bildirdi ki, hal-hazırda həmin ərazidə reabilitasiya işləri gedir və işlər başa çatdıqdan sonra içməli su gün ərzində veriləcək.


Qeyd edək ki, Marneuli şəhəri və kəndlərində su və kanalizasiya layihəsinin icrasına 2019-cu ildən başlanılıb. Yollar qazılıb, borular çəkilib, infrastruktur zədələnib, köhnəlmiş yollar səbəbindən ictimai nəqliyyat və yerli avtomobillərə ziyan dəyib. Layihənin “Akelik Group” şirkəti tərəfindən 2021-ci ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulurdu, lakin şirkət öhdəliklərini yerinə yetirə bilmədi və bu səbəbdən Marneulidə 55 940 22 dollarlıq layihə dayandırıldı.

Su təchizatı şirkəti Türkiyə və Çin şirkətləri ilə yeni müqavilə imzalayıb. İşlər çərçivəsində yeni su təchizatı şəbəkəsi, nasos stansiyası və su anbarları tikilir. Bundan əlavə, yeni su şəbəkəsi və müasir standartlara cavab verən təmizləyici qurğu qurulacaq.
Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən artıq vəsait xərclənəcək.

Layihə nəticəsində Marneuli əhalisi 24 saat su təchizatı və yeni su infrastrukturu ilə təmin edilməlidir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq,
onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google