Arda Gülerin transfer qiyməti ​​dəqiqədə 44 min avro artır
Türkiyə millisinin futbolçusu Arda Güler ​​"Real Madrid"də nadir hallarda meydana çıxsa da, özünü müsbət mənada doğruldub.

Transfermarkt onun bazar dəyərini 100 faiz artıraraq 30 milyon avroya çatdırıb. Futbolçunun qiyməti cəmi iki ay ərzində iki dəfə artıb.

Madrid klubunun 20 milyon avroya aldığı Ardanın yenidən qiymətləndirilməsi onun oyun göstəricilərinə əsaslanır. Futbolçu bu qısa müddətdə 432 dəqiqə meydanda olub və beş qol vurub.

O, hər qol üçün üç milyon avro əlavə dəyər qazanıb. Ardanın dəyəri meydanda qaldığı hər dəqiqə demək olar ki, 44 min avro artıb. Onun çərçivəyə gedən bütün zərbələri qol
olub - altı zərbədə altı qol.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google