Azərbaycan və Gürcüstan arasında hərbi informasiya sahəsində
qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Bakıda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş
İdarəsinin Mətbuat Xidmətinin və Gürcüstan Müdafiə Nazirliyinin
Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin
nümayəndələri arasında görüş keçirilib.
"Qonaqlara müdafiə naziri general-polkovnik Zakir
Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin
Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib,
Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən
Müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı dezinformasiyalara
qarşı aparılan mübarizə tədbirlərindən danışılıb", –
məlumatda deyilir.
Sonra nümayəndə heyətinə Müdafiə Nazirliyi tərəfindən
kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində
görülən işlərlə bağlı brifinq təqdim edilib.
Görüşdə həmçinin hər iki ölkə ordularında strateji kommunikasiya
işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi
informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri
müzakirə edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.