Marneuli bazarında məhsulların qiyməti
Marneuli bazarına hər gün minlərlə adam gəlir. Yayda alış-veriş səhər tezdən başlayır və axşama qədər davam edir.

Yerli sakinlərdən başqa digər bələdiyyələrdən də sakinlər gəlirlər. Onlar deyirlər ki, burada qiymətlər nisbətən ucuzdur.

Məhsulların 13 iyun tarixinə olan qiymətləri sizə təqdim edirik:
  • • 1 kiloqram kartof – 1 lari
  • • 1 kiloqram kələm –
    1 lari
  • • 1 kiloqram acı bibər – 3 lari
  • • 1 dəstə tərxun – 1 lari
  • • 1 kiloqram sarımsaq – 5 lari
  • • 3 dəstə reyhan – 2 lari
  • • 1 kiloqram badımcan – 3 lari
  • • 1 kiloqram pomidor – 3 lari
  • • 1 kiloqram lobya – 3 lari
  • • 1 kiloqram muşmula – 5 lari
  • • 1 kiloqram qırmızı gilas – 6 lari
  • • 1 kiloqram ağ gilas – 4 lari
  • • 1 kiloqram alma – 5 lari
  • • 1 kiloqram alça – 1,50 lari
  • • 1 kiloqram limon – 3 lari
  • • 1 kiloqram yaşıl alma – 6 lari
  • • 1 kiloqram albalı – 3 lari
  • • 1 kiloqram xiyar – 1 lari
  • • 1 kiloqram ərik – 5 lari
  • • 1 kiloqram qarpız – 2 lari
  • • 1 kiloqram pomidor – 2 lari

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google