İyulun 4-də partiyanın mərkəzi aparatında “Vahid Milli Hərəkat”
siyasi şurasının iclası keçirilib.
Onlar partiyanın siyasi şurasının sədri vəzifəsinə Levan
Xabeişvilinin namizədliyinin irəli sürülməsini dəstəkləyiblər.
Levan Xabeişvili iyunun əvvəlində müxalif “Milli Hərəkat”
partiyasının sədri vəzifəsini tərk edib. Onu bu vəzifədə Tina
Bokuçava əvəzləyib.
“Milli Hərəkat” iyulun 8-də qurultay keçirərək rəsmi olaraq Tina
Bokuçavanı partiyanın yeni sədri, Levan
Xabeişvilini isə siyasi
şuranın sədri seçməyi planlaşdırır.
Levan Xabeişvili 2024-cü il iyunun 8-də “Milli Hərəkat”ın sədri
vəzifəsindən istefa verib və buna səbəb kimi səhhətinin vəziyyətini
göstərib.
“Agent qanunu”na qarşı aksiyalar zamanı Levan Xabeişvili xüsusi
təyinatlılar tərəfindən döyülüb və klinikaya aparılmalı olub. Onun
başında və üzündə şiddətli döyülmə izləri var idi və hərəkət
etməkdə çətinlik çəkirdi. Hadisəyə görə heç kim
cəzalandırılmayıb.
Levan Xabeişvili 2023-cü il yanvarın 30-da “Milli Hərəkat”ın sədri
seçilib. O, bu vəzifədə Nika Melianı əvəzləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415