Kvemo Kartli "GenZ"-nin ilk seçkiləri
Sayat Eyyubova, Niyaməddin Şərəyev, Nino Hüseynova, Türkan Şahverdova və Kamil Mustafa bu il ilk dəfə seçkilərdə iştirak edəcəklər. Kvemo Kartli miqyasında seçki dairələrində 15 113 yeni seçici qeydiyyatdan keçib.

Bu statistika Gürcüstanda keçirilmiş son seçkilərdən sonra 18 yaşı tamam olan seçicilərin sayını göstərir. 2024-cü ilin 1 may tarixinə olan vəziyyətə görə, Kvemo Kartli miqyasında ən çox
yeni seçici Marneulidə, ən az seçici isə Tetritskarodadır.

Marneulidə 4508 yeni seçicisi arasında Kürtlər kənd sakini Niyaməddin Şərəyev də var. O, düşünür ki, səsvermə hüququ ilə məsuliyyətli öhdəlik daşıyır və onun bir səsinin həlledici əhəmiyyəti var. 

“Yaşlı nəsil əsasən düşünür ki, 1 səslə heç nə dəyişməyəcək. Mən əksini düşünürəm. Çünki hesab edirəm ki, bir səs bəzən böyük rol oynayır. Düşünürəm ki, bu il seçkilər Gürcüstanın gələcəyini nəzərdə tutur. Əgər nə isə xoşumuza gəlmirsə, dəyişə bilərik. Biz vətəndaşlar çox şeyə qadirik, tarixi dəyişə və yenisini yaza bilərik”, – Niyaməddin Şərəyev bildirir.

Niyaməddin Şərəyev ilə yanaşı, digər müsahiblərimiz də vətəndaş məsuliyyəti və insanların, əsasən də öz fəallığı, məlumatlılığı və cəmiyyətdə dəyişiklik etmək motivasiyası ilə seçilən insanların gücündən danışır. Dmanisi bələdiyyəsinin 19 yaşlı sakini Sayat Eyyubova bildirir ki, seçkilərə təkcə səs vermək üçün deyil, həm də könüllü, müşahidəçi kimi getmək istəyir. O, deyir ki, bəzi həmyaşıdları dil baryerinə görə seçki sistemini başa düşməkdə çətinlik çəkirlər.

“Əvvəllər seçkilərə getmək istəmirdim, çünki əvvəlki seçkilər mənim üçün ədalətsiz olub və ümidsiz olmuşam. Amma ölkədə baş verən son hadisələrə görə bu il seçkilərə getmək istəyirəm. Təkcə vətəndaş kimi yox, həm də könüllü müşahidəçi kimi. Bəlkə mənim bir səsim o qədər də vacib deyil, amma yenə də seçim etməliyik. Çünki biz hər şeyi dəyişə bilərik. Həmyaşıdlarımın çoxu, məsələn, sinif yoldaşlarım gürcü dilini yaxşı bilmirlər. Təəssüf ki, bu həm də məktəblərdə gürcü dilinin yaxşı tədris edilməməsinin nəticəsidir. Sinfimdən bir neçə nəfər tanıyıram ki, onların oxumaq istəyi olmayıb”, – Sayat bildirir.

Sayat kimi Kamil Mustafa da Gürcüstanda baş verən son hadisələrə görə seçkiyə getmək qərarına gəlib.

“Əvvəllər düşünürdüm ki, hansısa namizədi dəstəkləməsəm, seçkidə iştirak etməyin mənası yoxdur. Amma ölkədə baş verən hadisələrdən sonra anladım ki, seçkilərdə iştirak ölkənin gələcəyi üçün çox lazımdır. Mən gənclərin səsvermənin heç nəyi dəyişməyəcəyini düşünməsini istəmirəm”.

Marneuli bələdiyyəsində yaşayan Türkan Şahverdova seçkiyə getməyə həvəslidir. Bunun bir neçə səbəbi var, o cümlədən “bir səs”-in vacibliyini görmək prinsipi.

“Dünyada keçirilən bir çox seçkilərdə bir səs həlledici rol oynayıb. Məhz bu səbəbdən seçkilərdə mütləq iştirak edəcəyəm və insanlara bir səsin vacibliyini göstərəcəyəm. Seçkilər etnik azlıqlar üçün digər vətəndaşlardan daha problemli məsələdir, hər bir vətəndaş ölkənin mühüm qərarlarının qəbulunda iştirak etməlidir. Gördüyümə görə, indiki mərhələdə dövlətdən çox vətəndaşlara qeyri-hökumət təşkilatları kömək edir. Hesab edirəm ki, dövlət daha çox işə qarışmalı və əhalini məlumatlandırmaq üçün görüşlər təşkil etməlidir, xüsusən də dil baryeri olan yerlərdə”.

İlkin məlumatlara görə, 2024-cü il Parlament seçkilərinin əksəriyyətinin yeni seçicilər olduğu aydın olub. May ayı etibarilə Kvemo Kartli bölgəsində bələdiyyələrin fəaliyyətinin pozulmasına görə belə statistikaya malikik. MSK-dan tələb olunan məlumat əsasında say seçkilərə qədər bir daha yenilənəcək. (say arta bilər)

  • •Rustavi 3321
  • •Qardabani 2935
  • •Marneuli 4508
  • •Bolnisi 2208
  • •Dmanisi 880
  • •Tsalka 642
  • •Tetritskaro 619
“Anlamaq lazımdır ki, bu seçkilərdə azad Gürcüstanda doğulmuş nəsil iştirak edir”, – “Açıq Məkan Qafqaz” təşkilatının sədri İrma Pavliaşvili bildirir və hesab edir ki, gənclərin fəallığı daha çox ölkədə baş verən hadisələrlə müəyyən edilir, çünki onlar artıq qanunla müəyyən edilmiş hüquqlarından istifadə ediblər. Onların arasında: etiraz, dinc nümayiş və fikir ifadəsi var.

“Beynəlxalq standartlardan biri də imkanların bərabərliyidir. Seçki prosesi başlayanda seçki prosesində iştirak edən aktorlar, seçki subyektləri insanlara tam məlumat vermək və bu məlumatlı qərar dövründə kimə səs verməyimlə bağlı iradəmi formalaşdırmaq üçün bərabər imkanlara malikdirlər. Bu mürəkkəb məsələdir və bir məsələ də odur ki, azad Gürcüstanda doğulmuş, fərqli tənqidi təfəkkürlə böyümüş gənclərin seçkilərdə iştirak etməsi çox yaxşıdır və görürük ki, Gürcüstanda vətəndaş cəmiyyəti formalaşıb. İkincisi artıq keçmiş Sovet məkanına daha çox məruz qalmış insanlardır. Biz görürük ki, o mühit qorxu və özünüsenzura hisslərinin nə qədər mənfi daşıyıcısı olub. Bu insanlar məlumat alanda və nihilizmdə olanda heç nə dəyişməyəcək deyə düşünürdülər. Bu da təbliğatın, dezinformasiyanın bir hissəsi idi, çünki kimsə danışırdı ki, siyasətçilərin işə cəlb olunması pisdir, hansısa fikir bildirsəm, məni konkret siyasi partiyaya aid edəcəklər. Son iki ildə baş verən hadisələr bizə vətəndaş cəmiyyətinin nə qədər güclü olduğunu və məsələn, Avropa ailəsinin müdafiəsi ilə bağlı mövzular olanda, cəmiyyətin əsas ideya ətrafında necə birləşdiyini göstərdi”, – İrma Pavliaşvili bildirir.

2015-ci ildən sonra Marneulidə beş dəfə seçki, o cümlədən, üç yerli özünüidarə seçkiləri keçirilib. Bələdiyyənin reallığını ümumiləşdirməsək, həmişə fəallıq aşağı olub. Ancaq Gürcüstanda son dövrdə ölkənin Avropaya inteqrasiyası yolundan çəkilməsinə məhz gənclər etiraz edirlər.

Sosial Ədalət Mərkəzinin nümayəndəsi Tamta Mikeladze hesab edir ki, həqiqətən son illərdə etnik azlıq nümayəndəsi olan gənclərin fəallığı nəzərə çarpır. Bu dil maneəsini aşmağa əhəmiyyətli dərəcədə dəstək olur.

“İlk növbədə etnik azlıqların icmasında müşahidə oluna bilən müsbət sosial dinamikanı qeyd etmək lazımdır. Bu sadəcə olaraq 1+4 proqramının nəticəsidir ki, bu icmalarda ali təhsilli, nəinki dövlət dilini öyrənən, həm də daha tənqidi, demokratik, multikultural, yeni tip vətəndaşlıq əldə edən gənclərin sayı artıb. Bu gün biz icma təşkilatlarını, onların təşkil etdiyi vətəndaş təşkilatlarını görürük və onlar həqiqətən sosial dəyişiklik daşıyıcısıdırlar. Onlar etnik azlıqların və vətəndaşların diskursunu, təsəvvürlərini dəyişir və yerlərdə yeni təcrübələr yaradırlar”, – Tamta Mikeladze bildirib.

2024-cü ilin Parlament seçkiləri 26 oktyabr tarixində fərqli formatda, tam proporsional sistem və 5%-lik baryer ilə keçiriləcək. Bu deməkdir ki, majoritar qaydada Parlamentə düşmək ləğv olunur. Seçicilərin 90%-nin səsi rəqəmsal formada qeydə alınacaq. Ekspertlər bildirirlər ki, elektron seçkilər əvvəlcədən nəticələri sürətlə hesablamaq prosesində yaxşı mexanizmdir. Ancaq bunların hamısının öz riski var.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google