Prezident parlamentin növbədənkənar iclasını çağırıb. Bu barədə
Prezident Administrasiyası məlumat yayıb.
İyulun 15-də parlamentin sədri parlamentin növbədənkənar iclasının
çağırılması ilə bağlı prezidentə məktub yazıb. O, iyulun 18-i saat
12:00-dan etibarən növbədənkənar sessiyanın çağırılmasını
istəyib.
Administrasiyadan verilən məlumata görə, prezident Parlamenti
növbədənkənar sessiyanın gündəliyində nəzərdə tutulmuş ehtimal
olunan məsələlərlə birlikdə Milli Bankın İdarə Heyətinin üzvlüyünə
prezident tərəfindən 24 may 2024-cü il tarixində Parlamentə təqdim
edilmiş namizədliyinə baxıb səsverməyə çıxarmağa çağırır ki, Milli
Bankın İdarə Heyətinin kadr təminatı prosesi daha da yubanmasın və
ləngiməsin.
Parlamentin spikeri Şalva Papuaşvilinin dediyinə görə, iyulun 18-də
parlament Baş Prokurorluğa namizədi dinləyib səs verəcək, iyulun
19-da isə amnistiya layihəsinin birinci oxunuşunun müzakirəsi və
səsverməsi planlaşdırılır.