GGHA: İyunun 20-də məhkəmə Daxili İşlər Nazirliyinə zərərçəkənə dəymiş ziyanı ödəməyi tapşırıb.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, Tbilisi şəhər məhkəməsinin qərarına əsasən, Daxili İşlər Nazirliyinə iyunun 20-də keçirilən aksiyada zərərçəkənlərə təzminat ödənilməsi tapşırılıb.



Təşkilat qeyd edir ki, mitinqdə dinc şəkildə etiraz edən iddiaçı mitinq zamanı gözyaşardıcı qazla mühasirəyə alınan mitinq iştirakçılarından birinə kömək etmək istəyib və bu zaman onun sağ gözünə rezin güllə dəyib:

“Görmə qabiliyyətini qismən itirdiyinə görə, iddiaçı bir sıra tibbi prosedurlardan keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılıq və silahla vəzifə səlahiyyətlərini aşdıqları üçün cinayət işi çərçivəsində iddiaçıya da zərərçəkmiş şəxs statusu verilib. İş üzrə ekspertin rəyinə əsasən müəyyən edilib ki, xəsarətlə əlaqədar iddiaçının ümumi əmək qabiliyyəti 15 faizdən 25 faizə endirilib", – bəyanatda oxuyuruq.

GGHA-nın məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi işə 4 il baxdıqdan sonra iddianı qismən təmin edən qərar çıxarıb və cavabdeh Gürcüstan Daxili İşlər Nazirliyinə iddiaçıya dəymiş mənəvi ziyanı - 50.000 lari məbləğində kompensasiya etmək, həmçinin əmək qabiliyyətinin azalması ilə əlaqədar olaraq 21 iyun 2019-cu ildən ömrünün sonuna qədər 1440 lari ödəmək tapşırılıb.

Təşkilat hesab edir ki, bu iş üzrə məhkəmənin çıxardığı qərar mühümdür, çünki bir tərəfdən dövlətin iddiaçıya qarşı qeyri-qanuni və qeyri-proporsional güc tətbiq etməsi faktı müəyyən edilibsə, digər tərəfdən isə Gürcüstan məhkəməsində təcrübədə bu həcmdə mənəvi zərərin ödənilməsi hallarına tez-tez rast gəlinmir. Hüquqi nöqteyi-nəzərdən qərar saxlanmanın məbləği və həcmi baxımından da vacibdir:

“Ümid edirik ki, iddiaçının səhhətinin vəziyyəti və işin məzmunu nəzərə alınaraq, icraat vaxtında yekunlaşacaq və iddiaçı yaxın vaxtlarda qərarı icra edə biləcək. Qərar hazırda qanuni qüvvəyə minməyib”, - deyə məlumatda bildirilir.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google