ADC-nin Gürcüstan hökumətinə qarşı iddiası üzrə arbitraj
qərarından sonra “Anaklia Development Consortium”un (ADC) Müşahidə
Şurası bəyanat yayıb.
Sözügedən qərara əsasən, şirkətin iddiası təmin edilməyib.
Bəyanatda qeyd olunduğuna görə, ADC-nin iddiası ADC ilə Gürcüstan
hökuməti arasında 2020-ci ilin yanvarında Anaklia dərinsulu
limanının inkişafı üçün bağlanmış investisiya sazişinin ləğv
edilməsinin qanunsuzluğu və ADC tərəfindən qoyulmuş investisiyanın
kompensasiyası və
onun investorları üçün ödənişi nəzərdə
tuturdu.
“Arbitr tərəfindən qəbul edilən qərar məyusedicidir –
biz inanırıq ki, Gürcüstan hökuməti Anaklia limanı layihəsinə zərər
vurmaq istəyərkən Gürcüstan vətəndaşlarının maraqlarına xələl
gətirəcək addım atıb və nəticədə liman layihəsi təxminən on il
gecikdi və minlərlə iş yeri və Gürcüstan üçün gəlir itkisi
oldu”.
Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, arbitraj məhkəməsi
“Anaklia Development Consortium” MMC-nin iddiasına baxışı
yekunlaşdırıb və müəyyən edib ki, Gürcüstan hökuməti investisiya
müqaviləsinə qanuni xitam verib.
Brifinqdə nazir izah edib ki, arbitraj iddiaçıya yarım milyard
dollar təzminat ödəməkdən imtina edib və onu Gürcüstan hökumətinin
xeyrinə 650 min dollar ödəməyə məcbur edib.