Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, bu gün, iyulun
31-də Qərbi Gürcüstanda, Şərqi Gürcüstanın qərb və şimal
rayonlarında güclü yağış yağacağı gözlənilir.
Acarıstan, Quriya, İmereti və Sameqrelo-Zemo Svaneti bölgələrində
şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi, dənizdə 3-4
bal gücündə tufan olacağı ehtimalı var.
Sinoptiklərin proqnozlarına görə, gözlənilən yağıntılar Gürcüstanın
kiçik çaylarında daşqınlara, dağlıq və dağətəyi
ərazilərdə
sürüşmələrinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
(Acarıstan, Quriya, İmereti və Sameqrelo-Zemo Svaneti rayonlarında
təhlükə səviyyəsi yüksək, qalan ərazilərdə isə orta
səviyyədədir).