Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, arbitraj
məhkəməsi “Anaklia Development Consortium” MMC-nin iddiasına baxışı
yekunlaşdırıb və müəyyən edib ki, Gürcüstan hökuməti investisiya
müqaviləsinə qanuni xitam verib.
Bugünkü brifinqdə nazir izah edib ki, arbitraj iddiaçıya yarım
milyard dollar təzminat ödəməkdən imtina edib və onu Gürcüstan
hökumətinin xeyrinə 650 min dollar ödəməyə məcbur edib.
“Paris arbitrajı Gürcüstan hökuməti və “Anaklia
Development Consortium” MMC-yə qərar verib, ona görə mübahisə
Gürcüstanın qələbəsi ilə başa çatıb...
“Arbitraj Gürcüstan Ədliyyə Nazirliyinin təqdim etdiyi hüquqi
arqumentləri və sübutları tam şəkildə bölüşdü və müəyyən etdi ki,
Gürcüstan hökuməti tərəfindən tikinti üçün maliyyə axtarmaq üçün
müəyyən edilmiş müddətlərin çoxsaylı təxirə salınmasına baxmayaraq,
investor öz öhdəliyini öz günahına görə tamamilə yerinə yetirə
bilməyib”, - Breqadze bildirib.
Bu işlə bağlı Mamuka Xazaradze də sosial şəbəkələrdə açıqlama
verib. O, qərarı "məyusedici" adlandırıb.