Lari dollara nisbətən 0,14 tetri, avroya nisbətən isə 1,35 tetri
bahalaşıb.
Avqustun 1-nə olan hərracların nəticəsində bir dolların rəsmi
məzənnəsi 2,7133 lari, bir avronun rəsmi məzənnəsi 2,9271 lari
təşkil edir.
Kommersiya banklarında 1 dollar 2,76 lari, 1 avro 2,99 laridir.
Valyuta köşklərinə gəlincə, 1
dolların qiyməti 2,72 lari, avronun
qiyməti 2,94 laridir.
Rus qanununun qəbulundan sonra Milli Bank larinin sabitliyi üçün öz
ehtiyatlarından 168 milyon 700 min ABŞ dolları satıb.