Daxili İşlər Nazirliyi Marneulidə tüfənglə uşağın baş nahiyəsinə
xəsarət yetirilməsi faktı ilə bağlı
ehtiyatsızlıqdan sağlamlığa zərər vurma maddəsi ilə istintaqa
başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Cinayət Məcəlləsinin
124-cü maddəsi ilə istintaqa başlanılıb. Həmin maddə
ehtiyatsızlıqdan sağlamlığa qismən ağır və ya ağır zərər vurmanı
nəzərdə tutur.
Törədilmiş cinayətə görə cərimə, yaxud 2 ilə yaxın islah cəzası
təyin
olunur.
1 avqust tarixində Marneuli “Geo Hospitals” klinikasına azyaşlı
uşaq gətirilib. Uşaq koma vəziyyətində olub və beyin nahiyəsində
xəsarət qeydə alınıb. Marneuli “Geo Hospitals” klinikasının
Pediatriya Şöbəsinin rəhbəri və təcili pediatriya xidmətinin həkimi
Elman Sadıqov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
uşağın valideynləri, qohumları uşağın oynadığı zaman yıxıldığını,
baş nahiyəsindən xəsarət aldığını bildiriblər. Müayinələrdən sonra
isə müəyyən olunub ki, azyaşlının başına güllə dəyib.
Xəstəni Marneuli “Geo Hospitals” klinikasından Tbilisiyə, İnqoroğva
klinikasına aparıblar. Klinikada azyaşlının beyninə güllə dəydiyi
təsdiqlənib.
İnqoroğva klinikasının Pediatriya Şöbəsinin rəhbərinin sözlərinə
görə, güllənin dəyməsi nəticəsində azyaşlının beyninə ciddi ziyan
dəyib və xəstənin vəziyyəti ilə bağlı proqnoz vermək çətindir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415