Daxili İşlər Nazirliyinin əməkdaşı zorakılıq və hədələmə ittihamı ilə saxlanılıb - İstintaq Xidməti

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin inspektoru zorakılıq və hədə-qorxu ittihamı ilə saxlanılıb.



Qurumun yaydığı məlumatda bildirilir ki, istintaq müəyyən edib ki, 2024-cü il avqustun 6-da Duşeti rayonunun Zemo Bulaçauri kəndində təqsirləndirilən şəxs zərərçəkmişin üz və baş nahiyəsinə xəsarət yetirib, onu və uşaqlarını öldürməklə hədələyib.

“Xüsusi İstintaq Xidməti zərərçəkmiş qadınla
əlaqə saxladıqdan sonra təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirib, bundan sonra 2024-cü il avqustun 7-də hüquq-mühafizə orqanlarının əməkdaşı zorakılıq və hədə-qorxu ilə ittiham edilərək saxlanılıb”.

Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Mənbə: Publika


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google