“Gürcü Arzusu"nun üzvlərinin Rusiyanın adını çəkmədən avqust müharibəsi ilə bağlı paylaşımları

Baş nazir, Tbilisi meri, çoxluğun liderləri avqust müharibəsi, müharibənin 16-cı ildönümü ilə bağlı bu gün, avqustun 8-də yazılar dərc ediblər.



Baş nazir İrakli Kobaxidze Facebook sosial şəbəkəsində - Avqust müharibəsindən 16 il ötür - təsvirsiz foto dərc edib.

Həmçinin çoxluğun lideri Mamuka Mdinaradze yalnız foto paylaşıb.

Kaxa Kaladzeyə gəlincə, onun postunda, yəni Rusiya-Gürcüstan müharibəsi ilə bağlı bu il də Rusiya sözü çəkilmir.

Məlumat üçün bildirək ki, Kaladze Avqust müharibəsi ilə
bağlı keçən ilki yazıda da Rusiyanın adını çəkməyib.

“Müharibəyə qurban gedən dinc əhali və qəhrəman əsgərlərimiz, minlərlə məcburi köçkün ailəsi, kimsəsiz kəndlər, itirilmiş ərazilər, tərk edilmiş dədə-baba məzarları, mühacirətdə doğulan uşaqlar - avqust müharibəsinin dəhşətli nəticələri 16 ildir ki, ölkəmiz üçün açıq yara olaraq qalır.
İşğal olunmuş ərazilər Gürcüstanın suverenliyi və onun gələcək inkişafı üçün əsas çağırışdır ki, bu da dinc, inkişaf etmiş, iqtisadi cəhətdən güclü dövlətin qurulmasını nəzərdə tutur”,
- Kaladze yazıb.

2008-ci ilin avqust müharibəsindən 16 il keçir.

2008-ci ilin avqust müharibəsində 228 mülki gürcü və 14 polis əməkdaşı həlak olub.

Müdafiə Nazirliyinin son məlumatına görə, 169 hərbçi həlak olmuş sayılır.

Müharibə zamanı 1747 nəfər yaralanıb. 150 minə yaxın insan evlərini tərk edib.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
თეგები: Avqust müharibəsi
FaceBook Twitter Google