Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb
"Azərbaycan Dəmir Yolları" QSC Gürcüstana məxsus “BTKI Railways” MMC adlı birgə müəssisə yaradıb.

Bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində
fəaliyyət göstərəcək.

"Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək", - deyə sədr əlavə edib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« სექტემბერი 2024 »»
262728293031 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 123456