Albaniya-Gürcüstan futbol matçından sonra Tbilisidə metro və
bəzi avtobuslar gecə saat 2-yə kimi işləyəcək.
Tbilisi meriyası və Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı
ilə Respublika meydanında böyük ekran quraşdırılıb. Gürcü
azarkeşlər həmin ekranda yığmaların oyununu izləyə biləcəklər.
Tədbirdə iştirak pulsuzdur və vətəndaşlara N301, N306, N308, N310,
N311, N314, N326, N331, N337, N342, N345, N352, N358, N359,
N3864,
N33 və N387 nömrəli avtobuslar xidmət göstərəcək. Tbilisi metrosu
da gec saatlara qədər işləyəcək.
UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti oyunu bu gün,
Tbilisi vaxtı ilə saat 22:45-də Tirana şəhərində başlayacaq.