Marneulinin Jordania küçəsində yolun təmir olunmaması sürücüləri və sakinləri narahat edir (VİDEO)
Yağışlı havada palçıq, günəşli havada isə tozlu yollar. Bu Marneulinin bütün küçələrində rast gələ biləcəyiniz mənzərədir. İllərdir ki, sürücülər və sakinlər yol problemindən şikayətlənirlər. Sakinlər maşınlarının tez-tez sıradan çıxmasından danışırlar. Onlar qeyd edirlər ki, şəhərdə nəqliyyatla hərəkət etmək çətinləşib.

2019-ci ildən şəhərdə həyata keçirilən yeni kanalizasiya və içməli su xətlərinin çəkilişinə görə yollar qazılıb, borular çıxarılıb, infrastruktura
isə ciddi ziyan dəyib. Sıradan çıxmış yollara görə isə ictimai nəqliyyat və yerli sakinlərin maşınları xarab olur.

Belə yerlərdən biri də Marneulinin Noe Jordania küçəsidir. Həmin küçədə də infrastruktur sıradan çıxıb. O ərazidə yaşayan və gündəlik o yoldan istifadə edən sakinlər qeyd edirlər ki, nəqliyyatla getməkdə çətinlik çəkirlər. Tez-tez qəza şəraiti yaranır və bu da sürücülər arasında mübahisəyə səbəb olur.


Marneuli meriyası 5 sentyabr tarixində məlumat yayıb ki, Marneuli şəhərində yol infrastrukturunun bərpası işləri fəal şəkildə davam etdirilir. Noe Jordania, Ayvaz Həsənov və Xudu Borçalı küçələrində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması layihəsi uğurla başa çatdırılıb və hazırda yol örtüyünün çəkilməsi işləri aparılır. Amma çəkiliş apardığımız zaman yolun Jordaniya və Qamsaxurdia küçələrinin kəsişməsi hissəsində yolun təmiri işi hələ də tamamlanmamışdı. Hələ də kanalizasiya və içməli su xətlərinin çəkilişi işləri həyata keçirilirdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123