Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur
Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü çatır.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, builki seçkilərin görünməmiş kənar müdaxilə fonunda keçirilməsi çox təəssüf doğurur. Bu da seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır.

"Çox təəssüf ki, minlərlə təhdid, şantaj eşidirik. Bütün bunların bir səbəbi
var - Gürcüstan ikinci cəbhəni açmayıb ki, bu da bəzi konkret insanları əsəbləşdirir. Onlar ümid edirlər ki, seçkilərdən sonra ikinci cəbhə açmaq üçün yenə də öz agentlərini hakimiyyətə qaytara biləcəklər. Gürcüstan cəmiyyəti qanlı rejimin müəlliflərini hakimiyyətə qaytarmayacaq”,
- deyə İrakli Kobaxidze bildirib.

Mənbə: report.az

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Rusiya Seçki prosesi
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123