Rabitə Komissiyası “Mtavari Kanalı”nı 5000 lari cərimələyib

Rabitə Komissiyası “Mtavari Kanalı”nı 5000 lari cərimələyib.



Televiziyanın yaydığı məlumatda bildirilir ki, Rabitə Komissiyasının qərarından məhkəməyə şikayət olunacaq.

“Mtavari Kanalı”nı məlumatına görə, tənzimləyici “Gürcü arzusu”nun hazırladığı siyasi reklamın yayımlanmaması səbəbindən cərimə kəsib – kanalın hüquqşünası Tamta Muradaşvilinin sözlərinə görə, klip mülki şəxslərin nümayəndələrinə aiddir ki, bu da qanuna ziddir, çünki onlar siyasi subyekt deyillər.

“Konkret
hissəsi mübahisəli olan bu klip qanuna ziddir, xüsusən də siyasi qurum olmayan, yaxud Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş siyasi qurum olmayan vətəndaşlar, yəni vətəndaş cəmiyyətinin nümayəndələri seçkilərdə iştirak edir. Və qanunvericiliyə görə, seçkiqabağı reklam elə bir reklamdır ki, siyasi qurumun özünü, yəni partiyanı təbliğ edir, yaxud başqa siyasi quruma müdaxilə edir.
“Gürcü arzusu” israr edir ki, bu mesaj bu insanlara qarşı olsun, onlar cəmiyyətin mənəvi dağıdıcıları kimi təqdim olunurlar, buna baxmayaraq, Rabitə Komissiyası hesab edib ki, belə bir klip yayımlanmalıdır”,
- Tamta Muradaşvili bildirib.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123