Daxili İşlər Nazirliyi: Kesaria Abramidzenin qətlinə görə 1 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, bir nəfər - B.C. saxlanılıb.



Agentlikdən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1998-ci il təvəllüdlü B.C cinsinə görə ağırlaşdırıcı şəraitdə xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.

“İstintaq müəyyən edib ki, bu il sentyabrın 18-də təqsirləndirilən şəxs Didi Diğomidə qarşılıqlı mübahisə zəminində 1987-ci il təvəllüdlü K.A.-nı qətlə yetirib.
O, evində soyuq silahla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən gizlənib. Yaralı K.A. aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs “isti izlər”lə yaxalanıb. Cinayətin silahı - bıçaq maddi sübut kimi götürülüb”,
- məlumatda deyilir.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “h” və “m” maddələri ilə qəsdən adam öldürmə, yəni xüsusi amansızlıqla və cinsiyyət əlamətini ağırlaşdıran hallarda aparılır.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123