Gürcüstanın futbol komandası Ukrayna millisi ilə qarşılaşacaq

UEFA Millətlər Liqasının qrup mərhələsinin səfər oyununda futbol üzrə Gürcüstan yığması Ukrayna yığması ilə qarşılaşacaq.



Qarşılaşma bu gün, oktyabrın 11-də, Poznan şəhərində, Tbilisi vaxtı ilə saat 22:45-də başlayacaq.

Bundan əlavə, Tbilisi meriyası və Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə Ukrayna-Gürcüstan futbol matçının ictimai nümayişinin keçiriləcəyi Respublika meydanında gürcü azarkeşlər üçün böyük ekran quraşdırılacaq.

Məlum olduğu kimi, Gürcüstan millisi oktyabrda daha bir oyun keçirəcək. Oktyabrın 14-də Gürcüstan yığması səfərdə məğlub etdiyi Albaniya yığması ilə qarşılaşacaq. Qarşılaşma oktyabrın 14-də Tbilisidə, Mixeil Mesxi adına stadionda oynanılacaq.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google