“Milli Demokratiya İnstitutu” oktyabrın 26-da Gürcüstanda
keçiriləcək parlament seçkilərini beynəlxalq müşahidə missiyasına
başlayıb.
Onların məlumatına görə, nümayəndə heyəti 9 müxtəlif ölkədən olan
22 siyasi və mülki lider, seçki ekspertləri və regional
mütəxəssislərdən ibarətdir.
Nümayəndə heyətinin üzvləri iyul ayında Gürcüstanda seçkiqabağı
mühiti müşahidə etməyə başlayan altı mövzuya dair uzunmüddətli
analitiklərə qoşulacaqlar.
Nümayəndə heyətinə ABŞ-ın keçmiş konqresmeni, dövlət
katibinin
demokratiya, insan haqları və əmək üzrə keçmiş köməkçisi Tom
Malinovski, Aİ-nin Gürcüstandakı nümayəndəliyinin keçmiş rəhbəri
Per Eklund və NDI-nin prezidenti Dr. Tamara Kofman Vittes rəhbərlik
edəcək.
“Gürcüstana səfər çərçivəsində nümayəndə heyəti
müxtəlif aktorlarla, o cümlədən Mərkəzi Seçki Komissiyası (MSK),
hökumət nümayəndələri, vətəndaş cəmiyyəti liderləri, yerli
müşahidəçilər və siyasi partiyaların rəhbərləri ilə görüşlər
keçirəcək.
Nümayəndə heyəti seçkilərin müşahidəsi zamanı aşağıdakı məsələlərə
xüsusi diqqət yetirəcək: seçkilərin idarə edilməsi, qanunvericilik,
informasiya və media mühiti, siyasi ab-hava və seçki kampaniyası
mühiti, o cümlədən cəmiyyətin müxtəlif qruplarının həm namizədlərə,
həm də seçicilərə münasibətdə seçki proseslərinə cəlb edilməsi.
Seçki günü seçki missiyası Gürcüstanın doqquz regionunda və Tbilisi
seçki məntəqələrində səsvermə günü proseslərinin idarə olunmasına,
o cümlədən məntəqələrin açılması, səsvermə, səslərin hesablanması,
nəticələrin ötürülməsi və dərci prosesinə nəzarət edəcək.
Seçkilərdən sonra missiya nəticələri və tövsiyələri özündə əks
etdirən ilkin hesabat təqdim edəcək”, - məlumatda
deyilir.
NDI dünyanın bütün regionlarında 200-ə yaxın seçkini müşahidə edib.
İnstitut 1992-ci ildən Gürcüstanda seçkilərin monitorinqini aparır.
NDI beynəlxalq müşahidə missiyasını Gürcüstan qanunvericiliyinə və
Seçkilərin Beynəlxalq Müşahidəsinin Prinsipləri haqqında
Bəyannaməyə uyğun olaraq həyata keçirəcək.