Şalva Papuaşvili - Oktyabrın 26-da keçirilən seçkilər nəticəsində dörd partiya “Milli Hərəkat” kimi qeydə alınıb – hamısı “milliyətçidir”!
26 oktyabr seçkiləri nəticəsində bu dörd partiya “Milli Hərəkat” kimi qeydə alınıb – 26 oktyabrdan sonra hamısı “milliyətçidir”! Sən "milliyətçilərlə" münasibət qurursansa bizim də münasibətimiz ona müvafiq olacaq, - bu sözləri parlamentin sədri Şalva Papuaşvili “səddini keçən” müxalifət partiyaları haqqında deyib.

Papuaşvilinin sözlərinə görə, adıçəkilən partiyalar “xaricdən diktə ilə” taktika hazırlayıb və hamı üçün baryeri
keçmək və “Gürcü arzusu”na xələl gətirmək üçün səsləri öz aralarında süni şəkildə bölüblər.

“Onlar xaricdən diktə ilə taktika hazırlayıblar ki, mümkün qədər çox partiya baryeri keçsin, proporsional olaraq “Gürcü Arzusu” zərər görsün və çoxluğa sahib olmasın.

Bu taktikada onlar birlikdə idilər, səsləri bir-birinə süni şəkildə paylayırdılar ki, hamısı 5%-lik baryeri keçsin –öz səslərini azaldırdılar, başqalarına əlavə edirdilər”,
- Şalva Papuaşvili bildirib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« დეკემბერი 2024 »»
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345