İstintaq: Jurnalistə və “Monitorinq TV” operatoruna qarşı təqib faktı üzrə 2 nəfəri ifşa etdik

Xüsusi İstintaq Xidmətinin açıqlamasında bildirilir ki, “Media Monitorinq” teleşirkətinin jurnalisti və operatoruna qarşı təqib və zorakılıq faktı ilə bağlı 2 nəfər ifşa edilib. Fakt iyulun 25-də baş verib.



İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər E.Q və T.L.-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, 2024-cü il iyulun 23-də telekanalda Qori-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin mikroavtobuslarında yaranan problemlərdən bəhs edən süjet yayımlanıb. Sözügedən əhvalatla bağlı iyulun 25-də Tbilisidə yerləşən avtovağzalın ərazisində iki vətəndaş jurnalistə və “Media Monitorinq”in operatoruna aqressiv münasibət bildirib və onlara fiziki təzyiq göstərib. Aldıqları xəsarətlərlə əlaqədar operator tibb müəssisəsinə aparılıb”,
- deyə qurumun məlumatında bildirilir.

Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google